AUT.AZ

Futbolun İnkişaf Fondu “Qəbələ”yə sponsor tapıb? – Rəsmi açıqlama

AFFA və Futbolun İnkişaf Fondu “Qəbələ”yə sponsor axtarır. Bu məqsədlə federasiyanın baş katibi Sərxan Hacıyev Qəbələyə səfər edib, klub və şəhər rəhbərliyi ilə müzakirələr aparılıb.

Bu addımın atılmasına səbəb isə “qırmızı-qaralar”a əlavə vəsait qazandırmaqdır.

“Qəbələ” yeni əməkdaşlıqlara hazırdır. Bunu Aut.az-a açıqlamasında klubun prezidenti Fariz Nəcəfov bildirib:

“FİF-in üzərinə düşən odur ki, klublar görüş keçirib, hansısa sahibkarları klublara cəlb etsinlər. Gəldilər, görüşdük, danışdıq. Qəbələdə kluba potensial sponsorluq edə biləcək hansısa sahibkar, şirkət tanımırıq. Axtarsaq da, belə variantlar olmayıb. Amma FİF-ə bildirdik ki, əgər belə təklif olarsa, bizə köməklik edərsinizsə, danışıqlara açığıq. Çünki istəyirik ki, klubumuz daha iddialı olsun. Onun üçün də büdcə lazımdır”.

Qeyd edək ki, “Qəbələ” futbol akademiyasındakı problemləri həll etmək üçün şirkətlərdən biri ilə anlaşma imzalayıb.

Aut.az

Exit mobile version