AUT.AZ

Elmar Baxşıyev “Neftçi”yə gedir? – Fariz Nəcəfov onun iddialı komandada işləməsini istəyir

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı mətbuat yayılıb.

Bildirilir ki, gənc mütəxəssisin “qırmızı-qaralar”dan ayrılma səbəbi “Neftçi”dən təklif almasıdır.

Bir vaxtlar “Qəbələ”də çalışan, hazırda “ağ-qaralar”ın idman direktoru olan Zaur Əzizov Baxşıyevi baş məşqçi postunda görmək istəyir. Rəhbərlik də onun seçiminə isti yanaşır. Məsələ ilə bağlı əyalət təmsilçisinin mövqeyini öyrəndik.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Aut.az-a açıqlamasında yayılan informasiyaya belə münasibət bildirdi:

“Necə ki akademiyamızın yetişdirdiyi futbolçuların uğurlarına sevinirik, Elmar müəllimi də yetişdirdiyimiz məşqçi kimi bilirəm. Sözsüz ki, onun daha böyük, daha iddialı, daha dayanıqlı büdcəsi olan komandalarda işləməsini istəyirəm. Hazırda bu məsələ müzakirə olunmur. O, bizimlədir. Yolumuza davam edirik”.

Qeyd edək ki, Elmar Baxşıyev və onun məşqçilər korpusunun “Qəbələ”ylə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Aut.az

Exit mobile version