AUT.AZ

ÇL planı: İlk hədəf odur

 

“Nyukasl” klubunun yeni mövsüm üçün transfer planları bəlli olub.

Aut.az xəbər verir ki, “ağ-qaralar” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, bir neçə ulduz futbolçunu heyətinə qatacaq. Onlardan biri də “Bayern”in futbolçusu Sadio Manedir.

Məşqçilər korpusu qitənin bir nömrəli klub turnirinə vəsiqə qazanacaqları halda seneqallı hücumçunu sərəncamlarında görmək istəyir. “Sağsağanlar”ın ilk hədəfi Maneni Premyer Liqaya qaytarmaq olacaq.

Qeyd edək ki, 31 yaşlı hücumçu problemlər yaşadığı “Bayern”ə mövsümün əvvəlində “Liverpul”dan 40 milyon avroya transfer edilib. Mane cari mövsüm ərzində 35 oyunda iştirak edib və 12 qol vurub.

Aut.az 

Exit mobile version