AUT.AZ

“Barsa”nın əfsanəvi qapıçısından 6 aydır ki, xəbər-ətər yoxdur

2018-2021-ci illərdə ardıcıl olaraq “Moratalas” və “Barselona”nı gənclər komandalarının, eləcə də “Horta”nın baş məşqçisi kimi çalışmış “Barselona”nın sabiq qapıçısı Viktor Valdesin qəribə vərdişləri və mürəkkəb xarakteri var.

Aut.az xəbər verir ki, bu haqda onunla çalışmış şəxslər məlumat verib. Sən demə, “Barselona”nın oynadığı futbol Valdesin xoşuna gəlmirmiş.

 “O deyirdi ki, “Barsa”nın Pike və Puyol üzərindən topa sahib olması onu əsəbiləşdirirmiş. O, birbaşa və şaquli oyun arzusunda olub. Valdes özünü rokçu hesab edirdi və rok-n-roll istəyirdi. “Barselona”nın “qızıl dövr”ü haqda  onun xoş xatirələri yox idi, həmin komandanın oyunundan həzz almırmış. O, bizə əsl futbolu “Barsa”da deyil, “Midlsbro”da – Premyer Liqada gördüyünü söylədi”, – “Relevo” “Horta”nın  oyunçusu Arnau Soludan sitat gətirir.

Valdes, kadrların zəif idarə edilməsi və məşqçiliklə məşğul olmaq istəyini itirməsi səbəbindən “Horta”dan qovulub. Altı ay ərzində o, 50 oyunçu və 12 qapıçı dəyişdi ki, nəticədə klubda maddi sıxıntılar yaşandı.

Valdesin oyunçulara və texniki heyətə necə qışqırdığına dair təfərrüatlar da ortaya çıxıb. Bir dəfə məşq ləvazimatlarını toplamağa çalışan  təchizat işçisinin (fiziki əngəlli) üstünə qışqırıb və o ağlayıb.

Digər tərəfdən, “Horta”nın  oyunçularından bəziləri onun xeyirxahlığından da danışırlar.

Valdes tez-tez şəxsi vəsaitindən futbolçulara və köməkçilərə bonuslar verir, buts və ya əlcək alırdı.

Artıq 6 aydır ki, Valdes haqqında heç nə eşidilmir və bütün messencerlərini sildiyi üçün onunla əlaqə saxlamaq mümkün deyil.

Aut.az

Exit mobile version