AUT.AZ

Azərbaycan miilisinin sabiq üzvü: Vergidən yayınıb, boşanıb, iş adamları ilə görüşür – FOTOLAR

Daha bir idmançı qalmaqalla gündəmə gəlib. Söhbət bədii gimnastika üzrə milli komandamızın sabiq üzvü Samirə Mustafayevədən gedir.

Aut.az xəbər verir ki, o, Azərbaycanda deyil, yaşadığı Rusiyada gündəmə gəlib. Samirə vergilərdən yayınmaqda və “çirkli” pulların “yuyulmasında” ittiham olunur. Bununla belə, sabiq idmançı həbs olunmayıb. Onun ittihamlardan xilas olmaq üuçün bir yolu var – vergi borclarını ödəmək.

Samirə Mustafayeva 1993-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası Ərəstun Mustafayev isə gəncəlidir. O, həyat yoldaşı birlikdə Rusiyanın şimal paytaxtına köçüb. Samirə də məhz bu şəhərdə dünyaya gəlib.

O, kiçik yaşlarından gimnastika ilə məşğul olub. Bir müddət sonra isə Azərbaycan milli komandasına cəlb olunub. Mustafayeva yığmamızın üzvü olmasına rəğmən, Bakıdan çox, Moskvada yaşayıb. Samirə millimizin üzvü kimi bır sıra turnirlərdə çıxış edib və dünya çempionatının bürünc medalını qazanıb. 2013-cü ildən isə Rusiya yığmasında çıxış etməyə başlayıb.

Sabiq idmançının şəxsi həyatı olduqca qalmaqallıdır. O, 2018-ci ildə ailə qurub və 3 il sonra boşanıb. Tez-tez rusiyalı iş adamları ilə birgə görüntülənir və onlarla münasibətdə olduğu bilidirilir.

Mustafayevanın Rusiyanın bir neçə şəhərində şəxsi biznesi var. Sosial şəbəkələrdə aktivdir. Dəbdəbli həyata üstünlük verən Samirənin paylaşdığı fotolar daim müzakirələrə səbəb olur.

Heybət

Exit mobile version