AUT.AZ

Agent əmin etdi: Onun üçün 70 milyonluq təklif olacaq

Agent Xorxe Mendes əmindir ki, Premyer Liqada “Barselona”nın futbolçusu Ansu Fati ilə müqavilə imzalamaq istəyən klublar var.

Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat verib. Agnet “Barselona”nı əmin edib ki, bu yay Fati üçün 70 milyon avroluq təklif verə biləcək. Ansunu almaq istəyən klub isə Premyer Liqa təmsilçisi olacaq.

Qeyd olunur ki, cinah yarımmüdafiəçisi “blauqrana”nın baş məşqçisi Xavinin planlarına daxil deyil və rəhbərlik maddi durumlarını yaxşılaşdırmaq üçün Fatini satmağa üstünlük verəcək.

20 yaşlı futbolçu bu mövsüm La Liqada 30 oyuna çıxıb və 4 qol vurub.

Aut.az

Exit mobile version