AUT.AZ

8 rusiyalı idmançı DÇ-yə buraxılmadı – Putinə dəstək veriblər

Beynəlxalq Cüdo Federasiyası (IJF) səkkiz rusiyalı idmançını 2023-cü ildə keçiriləcək cüdo üzrə dünya çempionatında iştirakdan məhrum edib.

Aut.az xəbər verir ki, bu barədə federasiyanın saytında məlumat verilib.

Qeyd olunur ki, IJF İcraiyyə Komitəsi Rusiyanın təklif etdiyi iştirakçıların siyahısını alıb. Bundan sonra siyahıdakı idmançıların Ukraynadakı münaqişə ilə bağlı bəyanatlarının təhlili aparılıb. Bu yoxlama nəticəsində nümayəndə heyətinin səkkiz üzvü iştirakdan məhrum edilib.

Bildirilir ki, IJF yalnız Rusiya Milli Komandalarının Federal Təlim-İdman Mərkəzini təmsil edən idmançıları dünya çempionatına buraxacaq. Onlara qarşı Ukraynada keçirilən xüsusi əməliyyata dəstək faktları aşkar edilməyib.

Aut.az

Exit mobile version