AUT.AZ

Əvvəl ittiham etdi, sonra da üzr istədi

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska mətbuata qarşı işlətdiyi sərt ifadələrə görə üzr istəyib.

Aut.az xəbər verir ki, futbolçu emosional olduğu üçün belə ifadələr işlətdiyini bildirib. O qeyd edib ki, futbolçular özlərinə daha çox tənqidi yanaşmalıdırlar.

“Matçdan sonra verdiyim açıqlama düzgün deyildi. Mən emosiyalar üzərində danışdım və oyundan sonra əsəbiləşdim. Biz özümüzə daha çox tənqidi yanaşmalı və tənqidi qəbul etməyi bacarmalıyıq. Həm müsbət, həm də mənfi cəhətləri şişirtməsək, yaxşı olar”, – deyə “Bild” Qoretsadan sitat gətirib.

Qeyd edək ki, Qoretska müsahibəsində medianın futbolçuları məhv etdiyini və “Bavariya”nın son bir neçə həftə ərzində jurnalistlər tərəfindən geniş tənqid edildiyini bildirmişdi.

Aut.az

Exit mobile version