AUT.AZ

Sevinci ayağına bəla oldu – FOTO

“Liverpul”un baş məşqçisi Yurgen Klopp kuryoz hadisə ilə üzləşib.

Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının 34-cü turunda “Tottenhem”lə görüşdə zədələnib. Komandasının 90+4-cü dəqiqədə vurduğu qələbə qolunu çılğın şəkildə qeyd edərkən xəsarət alan Klopp, qarşılaşmadan sonra əzələsinin ağrıdığını bildirib. Həkimlərin müayinəsindən sonra məlum olub ki, onun ayaq əzələsi dartılıb.

Qeyd edək ki, oyun “Liverpul”un 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Exit mobile version