AUT.AZ

Səudiyyədən qaçmaq istəyir – Ya səfir olacaq, ya da…

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk etmək istəyir.

Aut.az xəbər verir ki, portuqal futbolçu Madridə qayıtmaq niyyətindədir. Bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ronaldo Səudiyyə Ərəbistanının mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin, dil maneəsi portuqala mane olur. Ronaldo 9 il oynadığı “Real”a qayıtmaq niyyətindədir.

Bildirilir ki, “Real”ın prezidenti Florentino Peres Ronaldonun kluba səfir kimi qayıtmasına və ya komandada idman rəhbərliyində vəzifə tutmasına razıdır.

Aut.az  

 

Exit mobile version