AUT.AZ

“Real”ın qapıçısı məşhur boksçunun əlcəklərini niyə alıb? – FOTO

“Real”ın qapıçısı Andrey Lunin ukraynalı boksçu Aleksandr Usikin əlcəklərini alıb.

Aut.az xəbər verir ki, Lunin əlcəkləri sabiq futbolçu Roman Zozulya tərəfindən təşkil edilən xeyriyyə hərracında alıb.

Hazırda könüllülük fəaliyyətində fəal iştirak edən Zozulya hərracla bağlı “İnstaqram” səhifəsində məlumat verib:

“Bu yaxınlarda, Ukraynalılar Assosiasiyası ilə birlikdə Aleksandr Usikin boks əlcəklərinin əsas lotu olduğu hərrac keçirdik. Məlum oldu ki, Andrey Lunin Usikin çoxdankı pərəstişkarıdır. Ona görə də onun təklif etdiyi məbləğ ən yüksək oldu.

Əldə olunan gəlirlə Baxmut istiqamətindəki qəhrəmanlarımıza 2 maşın almağa nail olduq. Hərracı təşkil edən və iştirak edən hər kəsə təşəkkür edirik. Biz hamımız bir komandanın azarkeşiyik və onun qələbəsi üçün çalışırıq”.

Aut.az

Exit mobile version