AUT.AZ

“Qarabağ” “Trabzonspor”a təklif göndərdi

“Qarabağ” Qvineya millisinin futbolçusu Fode Koyta üçün Türkiyə klubu “Trabzonspor”a yeni təklif göndərib.

Aut.az xəbər verir ki, bu barədə Trabzonun “gunebakış” saytı məlumat yayıb. Bildirilir ki, mövsümün əvvəlindən 33 yaşlı hücumçunun keçidində maraqlı olan Azərbaycan təmsilçisi yayda bu transferi reallaşdırmaq niyyətindədir. İcarə əsasında Super Liqanın digər komandası “Kasımpaşa”da çıxış edən Koytanı “Trabzonspor” rəhbərliyi satmağı planlaşdırır.

Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Super Liqada 10 oyunda 2 qol vurub.

Exit mobile version