AUT.AZ

Onun da evini qarət etdilər

“Barselona”nın müdafiəçisi Jül Kundenin evi də qarət edilib.

Aut.az xəbər verir ki, qarətçilər La Liqanın 32-ci turunda “Betis”lə oyun (4:0) zamanı mənzilə giriblər. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kunde qarşılaşmadan sonra bundan xəbər tutub, polisə və kluba məlumat verib.

Bu, “Barsa”nın oyunçularının evlərinin qarət edilməsi ilə bağlı ilk hadisə deyil. Ən səs-küylü və ən qəddar hadisə ötən ilin avqustunda Pier-Emerik Omabeyanqın başına gəlmişdi.

Hadisə, onun “Çelsi”yə transfer olunmasından az əvvəl baş vermişdi. Soyğunçulardan biri qabonlunun həyat yoldaşının saçından tutaraq sürümüşdü. Futbolçu onu müdafiə etmək istəyəndə isə qarətçi ov tüfənginin qundağı ilə onun çənəsini qırmışdı.

Aut.az

Exit mobile version