AUT.AZ

Neapolda çempionluq paradına belə hazırlaşırlar – FOTOLAR

Aprelin 30-da “Napoli” İtaliya çempionluğunu elan edə bilərdi.

Amma “Salernita” ilə qarşılaşmada hesabda öndə olmasına baxmayaraq, neapollular sonda heç-heçəyə razılaşdılar.

İndi “Napoli”ni ən yaxın rəqibdən 18 xal ayırır, qarşıda isə 6 tur var. Yəni komandanın cəmi 1 xala ehtiyacı var. Çempionluq mütləq gələcək, ona görə də bütün şəhər bu əlamətdar hadisəyə – 3-cü çempionluğun bayram edilməsinə hazırlaşır.

“Salernita” ilə qarşılaşmada az qala bütün şəhər küçəyə axışmışdı. Alınmadı… Hazırlıq davam edir, şəhərdə bayram törəni hazırlanır.

Aut.az

Exit mobile version