AUT.AZ

Musiqi albomu ilə bağlı “ağsaqqal” ona nə deyib?

“Milan”ın portuqaliyalı vingeri Rafael Leau özünün musiqi albomuna komanda yoldaşlarının necə reaksiya verdiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Leau bildirib ki, “Milan”ın “ağsaqqal”ı Zlatan İbrahimoviç də ona tövsiyə verib.

“Mən həmişə musiqidə nəsə etmək istəmişəm. Utancaq olduğum üçün özümü ifadə etməyə imkan verir. Utancaq insanam və həmişə emosiya və hisslərimi göstərmirəm. Amma mən bunu musiqi vasitəsilə bacarıram, bu, başqa bir dünya kimidir.

“Milan” oyunçuları bu albomumu eşitdilər. Bəziləri güldü, bəziləri isə dəstəklədi. İbrahimoviç güldü, futbola diqqət yetirmək lazım olduğunu söylədi. Ancaq başqaları davam etməyi məsləhət gördü”, -deyə “Milan News” Leaudan sitat gətirib.

Aut.az

Exit mobile version