PSJ-nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanına səfər edib.
Aut.az xəbər verir ki, hücumçu Liqa 1-də “Lorient”ə məğlubiyyətdən (1:3) bir neçə saat sonra Yaxın Şərq ölkəsinə yollanıb. “ Le Parisien”in verdiyi məlumata görə, o, bir neçə gün orada qalacaq.
Futbolçunu Səudiyyə Ərəbistanının turizm naziri qarşılayıb.
“Səudiyyə Ərəbistanının turizm üzrə səfiri Lionel Messi və ailəsini Səudiyyə Ərəbistanında ikinci tətilində salamlamaqdan məmnunam”, – Əhməd Əl-Xətib “Tvitter” hesabında yazıb.
Aut.az