AUT.AZ

La Liqa rəhbərindən Azərbaycanı sevindirəcək inqilabi təklif

La Liqanın prezidenti Xavyer Tebas Çempionlar Liqasında yüksək liqalardan olan klubların sayını azaltmağa çağırıb.

“2024-cü ildə Çempionlar Liqasının yeni modeli təqdim ediləcək. Lakin Avropa Çempionlar Liqasının ruhuna daha çox uyğun gələn başqa bir model üzərində iş başlanmalıdır – bütün Avropadan çempionlar. Mən La Liqanı təmsil edirəm, amma İspaniyanın dördüncü klubu Çempionlar Liqasını gücləndirəcək komanda deyil.

Avrokuboklarda çıxış edən klublar o qədər böyük gəlir əldə edirlər ki, bu, öz ölkələrində digər klublarla fərq yaradır. 2016-cı ildə Çempionlar Liqasında yerlərin çoxunun böyük liqalara verilməsi yanlış idi.

Əvvəldən də İspaniyadan dörd klubun Çempionlar Liqasına daxil olmasına qarşı idim. Həmçinin Premyer Liqa, Bundesliqa və A Seriyasından olan komandaların kiçik liqaların komandalarının yerinə tutmasına qarşı olmuşam”, – Xavyer Tebas bildirib.

Aut.az

Exit mobile version