AUT.AZ

İnanılmaz performans üçün jest: Maaş artımı və…

 “Mançester Siti” Erlinq Haalandla yeni müqavilə imzalamaq üçün danışıqlara başlamağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, klub, hücumçunun inanılmaz performansını həm maaş artımı, həm də müqavilənin iki mövsüm – 2029-cu ilin yayına qədər uzatmaqla jest etmək istəyir.

Amma buraxılış kompensasiyası bəndi məsələsi açıq qalır. Daha əvvəl bildirilmişdi ki, müqavilədəki bəndə əsasən, 2024-cü ilin yayında etibarən müəyyən məbləğdə təzminat müqabilində, Erlinq “şəhərlilər”dən ayrıla bilər.

Amma sonradan baş məşqçi Xosep Qvardiola bunu təkzib etmişdi. Haaland bu mövsüm 50 qol vurub.

Aut.az

Exit mobile version