AUT.AZ

İfadəsi yayıldı: dedim ki, birinci mən gedib…

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşin aprelin 17-də zorlama işi ilə bağlı məhkəmədə verdiyi ifadənin detalları bəlli olub.

Aut.az xəbər verir ki, Alves hər şeyin qarşılıqlı arazılıq əsasında baş verdiyini deyib:

“Onun rəqs etməsindən, mənə necə yaxınlaşmasından hiss etdim ki, hazırdır. Ona dedim ki, bütün bunları vanna otağına aparsın. Dedi ki, problem yoxdur. Dedim ki, birinci mən gedib içəridə səni gözləyəcəm. Mən ondan iki dəfə bütün bunları bəyənib-bəyənmədiyini soruşdum, “bəyənirəm” dedi.

İndi onu görsəm, nə baş verdiyini soruşardım, çünki bundan əvvəl hər şey qaydasında idi”, – “Marca” Alvesdən sitat gətirib.

Xatırladaq ki, gecə klubunda qıza təcavüz etməkdə ittiham olunan futbolçu bu ilin yanvarından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir. Bundan əvvəl futbolçu baş verənlərlə bağlı dörd müxtəlif ifadə verib.

Aut.az

Exit mobile version