AUT.AZ

Heç cür dil tapa bilmirlər

“Barselona” La Liqa ilə yeni maliyyə planını razılaşdıra bilmir.

Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumt yayıb.  Kataloniya klubunun rəhbərliyi bir neçə həftədir ki, maliyyə feyr-pley məsələsini həll etmək üçün liqa təmsilçiləri ilə razılığa gəlməyə cəhd edir.

Klubun xərcləri gəlirlərini xeyli üstələyir və buna görə də “Barsa”ya bir sıra məhdudiyyətlər qoyulub. “Barselona” xərclərini ən azı 200 milyon avro azaltmalıdır (bəzi mənbələrə görə isə 350 milyon). Klub menecerləri bilirlər ki, bu tələbləri yerinə yetirmək çətin olacaq, ona görə də problemin həllini tapmaq ümidi ilə La Liqa ilə danışıqlara başlayıblar.

Müxtəlif variantlar arasında üç il ərzində xərclərin azaldılması da var idi, lakin tərəflər bu məsələdə kompromis əldə edə bilməyiblər.

La Liqa rəhbərliyi əmindir ki, “Barsa” üçün tələbləri yerinə yetirmək çətin olacaq.

Məhdudiyyətlər Qavi, Ronald Arauxo və Serji  Robertonu qeydiyyatdan keçirməsinə mane olur. Bu, həm də yay transferlərinin həyata keçirilməsinə mane ola bilər – klub Lionel Messi, İlkay Gündoğan və İniqo Martinesi almaq niyyətindədir.

Aut.az

Exit mobile version