AUT.AZ

Hakimə hücum etdi, çənəsini sındırdı

Avstraliyanın Sidney şəhərində həvəskarlar liqasında keçirilən “Qrinakr İqls” – “Padstou Hornets” oyununda insident yaşanıb.

Aut.az xəbər verir ki, da “Qrinakr İqls”ın futbolçusu hakim Hodra Yaqiyə hücum edib və onun çənəsini sındırıb. Bu barədə “The Sydney Morning Herald” məlumat yayıb.

Mənbənin sözlərinə görə, oyunçu hakimləri təhqir edib, hasarın üstünə çıxıb və Yaqini bir neçə dəfə vurub. Qeyd olunur ki, hakimə  üç yerdən çənə sınığı, üç dişinin sınması diaqnozu qoyulub.

Futbolçuya qarşı ittiham irəli sürülüb və komandası yarışdan imtina etmək qərarına gəlib. Ölkənin idman naziri Yaqiyə edilən hücumu iyrənc adlandırıb. Ştat futbol federasiyası hadisəni pisləyib və araşdırmaya dəstək olacağını bildirib.

Aut.az

Exit mobile version