AUT.AZ

Gileyləndi: Mətbuat bizi məhv edir

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska mətbuatdan gileylənib.

Aut.az xəbər verir ki, Leon alman mətbuatının komandanın cari mövsümdəki çıxışını dəyərləndirməsindən razı deyil.

“Ümumiyyətlə, komandamızın ətrafında çox səs-küy var. Mətbuat son vaxtlar, sadəcə oyunçuları məhv edir və bu, əlbəttə ki, bizə kömək etmir. Nəticələr nə olursa olsun, bunda xoş bir şey yoxdur. İndi bir xeyli problemləri həll etməyə məcburuq” – Qoretska deyib.

Münhen nəhəngi Çempionlar Liqası və Almaniya Kubokunda mübarizəni dayandırıb. Bundesliqada isə Dortmund “Borussiya”sını 1 xal qabaqlayaraq liderlik edir.

Aut.az

Exit mobile version