AUT.AZ

“Dinamo” çempion!

“Dinamo” Xorvatiya çempionatının qalibi olub.

Aut.az xəbər verir ki, XXXII turda səfərdə “Hayduk”la heç-heçə edən komanda sona 4 tur qalmış qızıl medalları təmin edib.

Aktivində 71 xal olan Zaqreb təmsilçisi ən yaxın izləyicisi “Hayduk”u 12 xal qabaqlayır.

“Dinamo” ardıcıl 6-cı,  ümumilikdə isə 24-cü dəfə Xorvatiya çempionu olub.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə “Dinamo”ya məxsusdur. O, hazırda icarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edir.

Exit mobile version