AUT.AZ

Deyir ki, bizə hücumçu lazımdır, Benzema qocadır

“Real”ın baş məşqçisi Karlo Ançelotti prioritet transfer hədəflərindən danışıb.

“Yaxın vaxtlarda bir hücumçu ilə müqavilə imzalamalıyıq. Bunu ona görə deyirəm ki, Kərim Benzema qocalıb. Buna baxmayaraq, o, çox yaxşı işləyir. Bununla bağlı heç vaxt problemimiz olmayıb”, – deyə jurnalist Fabritsio Romano “Tvitter”də Ançelottidən sitat gətirib.

Benzema bu mövsüm “Real”ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 31 qol vurub, 8 məhsuldar ötürmə edib.

35 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun transfer dəyəri 35 milyon avrodur.

Daha əvvəl “Real”ın Benzema ilə müqaviləni daha bir mövsüm uzatmağa hazır olduğu bildirilirdi.

Aut.az

Exit mobile version