AUT.AZ

ÇL-in oyununda dəhşətli anlar: Mişarı işə salıb… – VİDEO

CAF Çempionlar Liqasının 1/4 finalında Tunisin “Esperans” və Əlcəzairin “Kabili” komandaları arasında keçirilən oyundan şok görüntülər internetdə yayılıb.

Aut.az xəbər verir ki, oyunun birinci yarısından sonra stadionda iğtişaşlar başlayıb. Kadrlardan görünür ki, əlində zəncirli mişar olan “Esperans”  fanatı yerdə nəyi isə kəsməyə çalışır. Daha sonra o, işlək vəziyyətdə olan mişarı götürərək kütlənin arasına gedir. Digər azarkeşlər stadionu dağıdıb, hasarları sındırıb və yanğın başlayıb.

Afrika mətbuatının yazdığına görə, “Esperans” azarkeşləri stadionun texniki xidmət otağına soxularaq zəncirli mişar, kürək, çəkic və digər avadanlıqları ələ keçirə biliblər. Tunis polisi hadisəni törədənləri axtarır.

“Esperans” iki oyunun nəticəsinə görə qalib gələrək Afrika Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Aut.az

Exit mobile version