AUT.AZ

“Barsa” vaxtından əvvəl çempion oldu

“Barselona”nın qadınlardan ibarət komandası vaxtından əvvəl İspaniya çempionu olub.

Aut.az xəbər verir ki, Kataloniya klubunun futbolçuları 26 görüşdə 26 qələbə qazanaraq rəqiblərini qızıl medallar uğrunda mübarizə aparmaq üçün hətta riyazi şanslardan da məhrum ediblər.

Son oyunda “Barselona” “Huelva”ya 3:0 hesabı ilə qalib gəlib. Matçın 74-cü dəqiqəsində Klaudiya Pinanı əvəzləyən Aleksiya Putellas zədədən sonra meydana qayıdıb. Putellas çarpaz bağın yırtılması səbəbindən demək olar ki, 10 ay oynamayıb.

O, qadınlardan ibarət komandalar arasında 2022-ci il Avropa çempionatının startı ərəfəsində yığmanın məşqində zədələnmişdi

Aut.az 

Exit mobile version