AUT.AZ

Ağır xəstəliyə qalib gəldi

27 yaşlı ukraynalı tennisçi Aleksandra Koraşvili ağır xəstəliyə qalib gəldikdən sonra kortda ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, Koraşvili sümük iliyi transplantasiyasından sonra keçirdiyi ilk oyunda qalib gəlib.

Ona 2020-ci ilin may ayında miyelofibroz ilə miyelodisplastik sindrom diaqnozu qoyulmuşdu. 2021-ci ilin yanvarında o, kompleks sümük iliyi transplantasiyası əməliyyatı keçirdi.

Tennisdən üç il kənarda qalan Aleksandra uzun müalicədən sonra ilk dəfə korta çıxıb. O, sonuncu dəfə 2019-cu ilin dekabrında kortda olmuşdu.

Aut.az

Exit mobile version