AUT.AZ

92 ildən sonra o 3 nəfərə qoşuldu

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland daha bir rekorda imza atıb.

Aut.az xəbər verir ki, norveçli hücumçu buna İngiltərə çempionatının 32-ci turunun “Fulhem”lə səfər matçında nail olub. Komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 3-cü dəqiqəsində penaltidən fərqənən Haaland mövsümdəki qolların sayını 50-yə çatdırıb. O, İngiltərədə son 92 ildə bir mövsümdə bu göstəriciyə imza atan ilk futbolçu olub.

22 yaşlı hücumçu Premyer Liqada 34, Çempionlar Liqasında 12, İngiltərə Kubokunda 3 və Liqa Kubokunda 1 qol vurub.

İndi qəyədər belə bir nəticəyə cəmi üç futbolçu nail olub. Diksi Din (1927/1928 mövsümündə 63 qol), Vik Votson (1929/1930 mövsümündə 50 qol) və Tom Vorinq (1930/1931 mövsümündə 50 qol) bir mövsümdə 50 qol həddinə çatıb.

Aut.az

Exit mobile version