AUT.AZ

Əşrəfə görə “vuruşur” – İki İngiltərə nəhəngi

“Mançester Yunayted” yay transfer pəncərəsində sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək niyyətindədir.

Aut.az xəbər verir ki, “Qırmızılar” PSJ-in və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi ilə maraqlanır. “Çelsi” də Hakiminin xidmətində maraqlıdır, lakin futbolçu uğrunda mübarizədə favorit kimi məhz “Yunayted” göstərilir.

Şayiələrə görə, “qırmızı şeytanlar” Hakimi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır. Futbolçunun özü də karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantının əleyhinə deyil.

Aut.az

Exit mobile version