AUT.AZ

Əliyar Ağayev Yunanıstanda vərəqə “yağdırdı”

Aut.az xəbər verir ki, o, Super Liqanın 32-ci turu çərçivəsində baş tutan PAOK – “Aris” görüşündə söz sahibi olub.

İlk “altılıq”da yer alan komandaların duelində meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar. Ağayev meydan sahiblərinin 5, qonaqların isə 2 oyunçusuna sarı vərəqə göstərib. O, “Aris”in hücumçusu Abubakar Kamaranı 90+3-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovub. Ağayev 62-ci dəqiqədə “Aris”in qapısına penalti də təyin edib.

Əliyev Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.

PAOK hazırda 63 xalla dördüncü, “Aris” isə 47 xalla beşinci pillədə qərarlaşıb.

Exit mobile version