AUT.AZ

Musa Qurbanlı Ferstappenlə niyə görüşüb? – Foto+Video

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin iştirakçısı Maks Ferstappenlə görüşüb.

Aut.az xəbər verir ki, “Red Bull” komandasının niderlandlı sürücüsü ilə yarışın keçirildiyi Bakı trekində görüşən 21 yaşlı forvard ondan dünyanın bir nömrəli avtoidman növü üzrə məlumatlar alıb.

Bu görüşün baş tutma səbəbkarı isə sözügedən şirkətdir. Qurban Qurbanovun oğlu “Red Bull”un əməkdaşlıq etdiyi idmançılardan biri olduğundan, yarış zamanı komandanın xüsusi qonaqlarından biri olub.

Musa ilə Ferstappenin görüşünü “Red Bull Racing” komandası “Instagram” səhifəsinin “story”sində paylaşıb.

Qeyd edək ki, Bakıda keçirilən Qran-pridə Ferstappen ikinci olub. “Red Bull” komandasının digər pilotu Serxio Peres yarışı birinci sırada başa vurub.

Exit mobile version