AUT.AZ

Qərar verildi: Osimhenlə Kim gedə bilər, o isə…

“Napoli” yayda Xviça Kvaratsxeliyanı almaqda maraqlı olan bütün klublara “yox” cavabı verəcək.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Il Mattino” yayıb. Bildirilir ki, İtaliya klubu 22 yaşlı vingeri gələcək üçün ən vacib oyunçulardan biri hesab etdikləri üçün bütün potensial alıcıları geri çevirəcək.

Hücumçu Viktor Osimhen və müqaviləsində sərbəst qalma maddəsi olan müdafiəçi Kim Min Ce mövsümün sonunda “Napoli”ni tərk edə bilər, lakin Xviça yox.

Yəqin ki, payızda onunla müqavilənin uzadılması üçün danışıqlar aparılacaq. Artıq klubda bu məsələ müzakirə olunur və hamı Kvaratsxeliya ilə razılığın əldə olunacağına inanır.

Xviça bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 36 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version