AUT.AZ

Poçettino onu “Çelsi”yə gətirmək istəyir, amma…

Maurisio Poçettino “Çelsi” ilə müqavilə imzalamağa çox yaxındır.

Aut.az xəbər verir ki, argentinalı mütəxəssis artıq yay transfer pəncərəsi zamanı komandanı gücləndirmək barədə düşünür.

İnsayder Nikolo Şiranın sözlərinə görə, Poçettino əvvəllər “Tottenhem”də birlikdə çalışdığı Harri Keyni “Çelsi”də görmək istəyir.

“Tottenhem” hücumçusu üçün 120 milyon istəyir və futbolçunu xaricə satmağa üstünlük verir.

Daha əvvəl Keynlə PSJ-nin maraqlandığı haqda xəbərlər yayılmışdı.

Aut.az

Exit mobile version