AUT.AZ

Ötən əsrin rekordu təkrarlandı, qaldı…

“Barselona” La Liqada ötən əsrin rekordunu təkrarlayıb.

Aut.az xəbər verir ki, Xavinin komandası cari  çempionatda 24-cü oyunda qol buraxmayıb. “Barsa” 32-ci turda “Betis”i məğlub edib (4:0).

“Blauqrana”nın tarixində ən yaxşı nəticə 1986/87 mövsümündə olmuşdu. Onda da komanda 24 oyunda qol buraxmamışdı (qapıçı Andoni Subisarreta).

La Liqanın tarixində bu göstəricidə rekord “Deportivo”ya məxsusdur. 1993/94 mövsümündə klub 38 oyundan 26-ında qapısında qol görməyib.

“Barsa”nın da, qapıçısı Ter Şteqenin də rekordları təzələmək şansı var.

Kataloniya təmsilçisi mövsümün sonuna qədər “Osasuna”, “Espanyol”, “Real Sosyedad”, “Valyadolid”, “Malyorka” və “Selta” ilə qarşılaşacaq.

Aut.az

Exit mobile version