AUT.AZ

Onun hər sözünü ağzı açıq dinləyirmiş

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Kiyev “Dinamo”sunun və SSRİ yığmasının sabiq baş məşqçisi, mərhum Valeri Lobanovski haqda danışıb.

Aut.az xəbər verir ki, Şeva “The Guardian”a verdiyi açıqlamda  Lobanovskidən öyrəndiklərini belə şərh edib:

“O, mənə futbolda xırda şeylərin olmadığını başa saldı. İşin heç bir təfərrüatını nəzərdən qaçırmaq olmaz. Mən ağzım açıq, hər sözü tutaraq ona qulaq asırdım”.

Lobanovski məşqçi kimi karyerası ərzində SSRİ, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Ukrayna milli komandalarında çalışıb. O, həmçinin “Dnepr” və Kiyev “Dinamo”larına da rəhbərlik edib. “Dinamo” onun rəhbərliyi altında səkkiz dəfə SSRİ çempionu, altı dəfə SSRİ kubokunun qalibi, beş dəfə Ukrayna çempionu, üç dəfə Ukrayna kubokunun qalibi olub. Həmçinin mütəxəssisin rəhbərliyi altında kiyevlilər iki dəfə (1975, 1986) Kuboklar Kubokunu qazanıblar.

Aut.az

 

 

Exit mobile version