AUT.AZ

Mustafayevli “Aleksandriya” səfərdə uduzdu

Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Krivbas”ın qonağı olub. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.

“Aleksandriya” hazırda 34 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Exit mobile version