AUT.AZ

Makrona qırmızı kart da göstərdilər – FOTOLAR

 Fransa kubokunun finalında “Tuluz”a “Nant”ı darmadağın (5:1) edərək, tarixində ilk dəfə bu mükafatı qazandı.

Aut.az xəbər verir ki, qarşılaşma Fransa prezidenti Makrona etirazla da yadda qaldı. Ölkə başçıları ənənəvi olaraq kubokun finalını stadiondan izləyirlər.

Ölkədə pensiya islahatlarına qarşı keçirilən etirazların fonunda Makron bu dəfə oyundan əvvəl futbolçuları meydanda salamlamaqdan qorxdu.

Ona qarşı etirazlar hələ oyundan əvvəl, stadionun ətrafında başlamışdı. Qarşılaşmaya gələn azarkeşlərə qırmızı kart paylanırdı. Təbii ki, bu kartlar Makrona göstərilmək üçün idi. Bunu nəzərə alan hakimiyyət ciddi təhlükəsizlik tədbirləri görmüşdü. Arenaya 3 mindən yuxarı polis gətirilmişdi. Bu rəqəm “Stad de Franc”da keçirilən Çempionlar Liqasının final qarşılaşmasından 2 dəfə çox idi.

Aut.az

 

 

Exit mobile version