AUT.AZ

Makron qorxusundan onlarla görün harada görüşdü – FOTO

Emmanuel Makron Fransa kubokunun finalından əvvəl meydana girməyə cəsarət etməyib.

Aut.az xəbər verir ki, Makron prezidentliyi dövründə ilk dəfə olaraq həlledici matçın iştirakçılarını ictimaiyyət qarşısında salamlamayıb. O, “Tuluza” və “Nant”ın futbolçuları ilə “Stad de Frans”ın tribunaları altında görüşüb.

Makron futbolçularla əl sıxıb, onlara uğurlar və yaxşı oyun arzulayıb.

“Le Parisien” yazır ki, Makronun meydana girməmək qərarı “təhlükəsizlik səbəbindən” verilib. Bu, pensiya yaşının artırılmasına qarşı etirazlar fonunda edilib.

Aut.az

Exit mobile version