AUT.AZ

“Kobra” döyüşdü, Mübariz Mənsimov izlədi – VİDEO

Tanınmış azərbaycanlı kikboksçu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

77 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı həmyerlimiz Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın Fight Arena” turnirində qüvvəsini sınayıb.

ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək, öz çəkisində çempionluq kubokuna sahib çıxıb.

Döyüş cəmi 3 raund çəkib. “Kobra” amerikalını bu müddətdə iki dəfə nokauta salıb.

Bu qarşılaşmanı izləyənlər arasında həmyerlilərimiz üstünlük təşkil edib. “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov da Pərviz Abdullayevə arenada dəstək verib.

Tanınmış iş adamı görüşdən sonra ona öz təbriklərini çatdırıb. Abdullayev Mənsimovla yaxın dost olmaqla yanaşı, onun təhlükəsizlik xidmətinin rəisidir.

 

Exit mobile version