AUT.AZ

“İnter” qazandı, Neapol bayrama hazırlaşır

Bu gün A Seriyasında “İnter” “Latsio”nu qəbul edib.

Aut.az xəbər verir ki, “Cüzeppe Meatsa”da keçirilən matçda meydan sahibləri hesabda geri düşsələr də, əzmkar qələbə qazana biliblər – 3:1.

Bu qələbə sayəsində xalını 57-yə çatdıran “İnter” əlavə göstəricilərdə “Milan” və “Roma”nı qabaqlayaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

“Latsio” 61 xalla ikinci yerdədir. Lider “Napoli” bu gün “Salernitan”a ilə oynayır və qələbə qazanacağı təqdirdə, vaxtından əvvəl çempionluğu təmin edəcək.

Aut.az

Exit mobile version