AUT.AZ

“Turan Tovuz”a şad xəbər: “Huner Group” “işığa çıxaracaq”

“Turan Tovuz” klubu daha şad xəbər alıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, komandanın ev oyunlarını keçirdiyi stadionla bağlı daha bir yenilik reallaşmaq üzrədir. Arenanın işıqlandırma problemi tezliklə həllini tapacaq.

Klubun sponsoru olan “Huner Group”un ölkə xaricindən sifariş verdiyi avadanlıqlar artıq klubun bazasına gətirilib. Quraşdırılma prosesinə mövsüm bitdikdən sonra başlanacaq.

 

Exit mobile version