AUT.AZ

Het-trik və 4-cü yer: Hədəfdə Telmodur

“Real”ın hücumçusu Kərim Benzema İspaniya çempionatının 32-ci turunun “Almeriya” ilə matçında het-trik edərək La Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.

Aut.az xəbər verir ki, Kərim bu qarşılaşmada 234, 235 və 236-cı qollarını vurub. O, əfsanəvi Uqo Sançesi geridə qoyub (234). İndi Benzemadan daha yaxşı nəticə göstərən 3 futbolçu var:

Lionel – 473, Kriştiano Ronaldo – 311 və Telmo Sarra 253.

Kərimin Messi və Ronaldonun göstəricilərinə çatması real olmasa da, növbəti mövsüm bu cür performans göstərsə, Telmonu geridə qoya bilər.

Aut.az

 

Exit mobile version