AUT.AZ

Dadaşovlu “Qrasshopper” darmadağına üzüldü

Futbol üzrə İsveçrə çempionatında 31-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Luqano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.

Renat da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.

“Qrasshopper” 31 turdan sonra 40 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Exit mobile version