AUT.AZ

Yelisey sarayı tələb etdi, protokol dəyişdirildi

Fransa Kubokunun finalında “Nant” və “Tuluza” arasında keçiriləcək oyununu protokolu dəyişdirilib.

Publika.az xəbər verir ki, Yelisey sarayının tələbi ilə ediləcək dəyişiklik qarşılaşmanın mərasim hissəsinə aiddir. Fransa prezidenti Emmanuel Makron kuboku ənənəvi olaraq stadion meydançasında yox, tribunada təqdim edəcək.

Buna səbəb kimi təhlükəsizlik tədbirləri göstərilir. Onu da vurğulayaq ki, stadionun tribunalarının qarşısına dəmir hasarlar da çəkilib.

Qeyd edək ki, Fransada uzun müddətdir ki, hökumətin pensiya islahatına qarşı etirazlar keçirilir. Bildirilirdi ki, fanatlar final oyununda da etiraz aksiyası planlaşdırırlar.

Aut.az

Exit mobile version