Cim Retkliff “Mançester Yunayted” almaq üçün üçüncü dəfə təklif göndərib.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Bildirilir ki, INEOS neft şirkətinin sahibi klubun səhmlərinin 50%-dən bir qədər çoxunu almaq istəyir. Bu halda Qleyzer ailəsi təxminən 20%-lik payı saxlayacaq.
“Mançester Yunayted”i almaq üçün müraciət edənlər cümə axşamına qədər danışıqların üçüncü raundu üçün təkliflər göndərə biliblər.
Aut.az