AUT.AZ

Son oyununu keçirib? – Lempard deyir ki…

 “Çelsi”nin baş məşqçisi Frenk Lempard yarımmüdafiəçi Meyson Mauntun komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Lempard futbolçunun klubda qalıb-qalmayacağını bilmədiyini deyib:

“Maunt “Çelsi”də son matçını keçirdi? Bu sualın cavabını bilmirəm. Bu, ondan və klubdan asılıdır. Hələ heç nə yekunlaşdırılmayıb, bu vəziyyətə baxmaq lazım gələcək, çünki danışıqlar hələ də davam edir.

Şəxsən mən onun getməsini istəməzdim, çünki düşünürəm ki, Meysonla işləmək istədiyimi hamı bilir. Onun da mənimlə işləməkdən zövq aldığını düşünməyi xoşlayıram. Ancaq vəziyyət yaxın həftələrdə və aylarda aydınlaşmalıdır. Bu, klubla Meyson arasında dialoqdur”.

Aut.az

 

Exit mobile version