AUT.AZ

Qorxurlar: Dəmir maneələr quruldu – FOTO

Fransa Kubokunun finalında “Nant” və “Tuluza” arasında keçiriləcək oyundan əvvəl “Stade de Frans”da dəmir  maneələr qurulub.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Paul Kometto məlumat verib.

“Biz orta əsrlərdəyik? Bu, tamamilə məsuliyyətsizlikdir”, – jurnalist sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Fransada uzun müddətdir ki, hökumətin pensiya islahatına qarşı etirazlar keçirilir. Bildirilirdi ki, fanatlar final oyununda da etiraz aksiyası planlaşdırırlar.

Üstəlik, qarşılaşmanı Fransa prezidenti Makronun da izləyəcəyi haqda məlumat yayılıb. Böyük ehtimalla, dəmir maneələr etirazların qarşısını almaq üçün qurulub.

Aut.az

Exit mobile version