AUT.AZ

Qəti qərar: Təklif gələn kimi düşünmədən “hə” deyəcək, əks halda…

PSJ-nin hücumçusu Lionel Messi mövsüm başa çatdıqdan sonra “Barselona”ya qayıtmağa hazırlaşır.

Aut.az “TyC Sports”-un jurnalisti Sezar Merloya istinadən xəbər verir ki, futbolçu Kataloniya klubundan müqavilə təklifi gözləyir və onu alan kimi fikirləşmədən qəbul edəcək.

Amma əvvəlcə “Barsa”  növbəti mövsüm üçün maaş və transfer xərclərini La Liqada təsdiq etdirməlidir. Maliyyə feyr-pleyini pozmamaq üçün bu məbləğ 200 milyon avronu keçməməlidir. “Barselona” artıq bir neçə gün əvvəl maliyyə planını La Liqaya təqdim edib. Bu plan təsdiqlənməsə, kataloniyalılar başqa bir plan təqdim edəcəklər.

Bu baş verən kimi klub Messiyə rəsmi təklif göndərəcək. Eyni zamanda, maaşın Messi üçün fərq etməyəcəyi də bildirilir. Çünki o, yenidən “Barselona”da oynamaq istəyir.

Əgər La Liqa kataloniyalıların maliyyə planını təsdiqləməkdən imtina edərsə, Messi PSJ ilə bu yay başa çatacaq müqavilənin uzadılması təklifini nəzərdən keçirəcək. İyulda 36 yaşı tamam olacaq hücumçu ona daha əlverişli maliyyə şərtləri təklif etməyə hazır olan Səudiyyə Ərəbistanına köçməkdə maraqlı deyil. Futbolçu karyerasını Avropada davam etdirmək istəyir.

Aut.az

Exit mobile version