AUT.AZ

Qətər daha bir dünya çempionatına ev sahibliyi edəcək

2027-ci ildə basketbol üzrə kişilər arasında dünya çempionatı Qətərdə keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyası (FIBA) qərar qəbul edib.

Bütün qarşılaşmalar paytaxt Dohada gerçəkləşəcək. 2026-cı ildə qadınların mundialı Almaniyada baş tutacaq.

Qeyd edək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə təşkil olunub.

Exit mobile version