AUT.AZ

Qəbələdə daha bir insident: Vüsala təzyiq göstərdilər, fanat həbs olundu – Video

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” oyunundan sonra (0:1) daha bir xoşagəlməz hadisə yaşanıb.
Aut.az xəbər verir ki, oyundan sonra gəncəli azarkeşlər qonaqların futbolçusu Vüsal İsgəndərlidən hesab soruşmağa çalışıblar. Onlar mühafizəçilər və polisin müşayətiylə stadionu tərk edən yarımmüdafiəçiyə təzyiq göstəriblər.
Azarkeşlərdən biri ona tərəf su qabı atıb. Ancaq atılan əşya ona dəyməyib. Polislər isə həmin fanatı polis bölməsinə aparıblar.

 

Exit mobile version